Tərkibində C vitamini, fosfat, potasium və bir çox mineral olan çuğundurun orqanizmə faydaları çoxdur.
Oxu24.com Ölkə.Az-a istinadən xəbər verir ki, çuğundur yüksək qan təzyiqini aşağı salır və xərçəngə qarşı mübarizədə çox effektivdir.
Çuğundur suyu qan təzyiqini stabilləşdirir. Amma ifrat dərəcədə istifadə etmək də ziyandır. Çünki 136 qramlıq çuğundurun tərkibində 106 qram soda var. Eyni zamanda 136 qram çuğundurun tərkibində 9 qram şəkər var. Bu səbəbdən diabet xəstələri çuğundur suyunu çox içməməlidirlər.
Diabet xəstələri həftədə 2-3 dəfə 1 çuğundur qəbul edə bilər. Yüksək qan təzyiqi olanlar isə gündə bir stəkan çuğundur suyu içə bilər.
İmmuniteti gücləndirir
İmmunitet sisteminin hüceyrələrinə C vitamini vacibdir. İnfeksiya və stress zamanı C vitamini faydalıdır. C vitamini isə çuğundurun tərkibində çoxdur. Yaşlandıqca beyinə gedən qan dövranı yavaşlayır. Beyin hüceyrərlərinin qanla zəif təmin edilməsi isə “Alzheimer” xəstəliyi ilə əlaqədardır.
Çuğundurun tərkibindəki nitratin orqanizmdə nitrik oksidə çevrilir. Bu isə beyinin qanla qidalanmasını təmin edir. Nitrat turşusu orqanizmdəki damarları genişləndirir, qan dövranını yaxşılaşdırır və qan təzyiqini aşağı salır. Qan təzyiqinin yüksək olması infarkt, xroniki ürək çatışmazlığı və böyrək xəstəliklərinə səbəb olur.
Çuğundura rəng verən betalain eyni zamanda yüksək miqdarda antioksidant xüsusiyyətinə malikdir. Orqanizmimiz hər gün kənardan gələn və ya özündə yaranan sərbəst radikallardan ürək çatışmazlığına qədər bir çox xəstəliyə səbəb ola biləcək zərərli maddələrə məruz qalır. Betalain isə qan plazmasında olan və ürək xəstəliklərinə səbəb olan homosistein səviyyəsini də azaldır və ürək xəstəliklərindən qoruyur.
Çuğundur eyni zamanda bağırsaqları da qoruyur, bağırsaq fəaliyyətini normallaşdırır, qəbz problemini aradan qaldırır. Oxu24.com
ŞƏRHLƏR