Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4407
az

Paşinyanın qəfil intiharı

00:0511 Avqust, 2018
1500
DÜNYA
  • A
 Nikol Paşiyanın əmri ilə hökumət iclaslarının jurnalistlərin üzünə bağlanması Ermənistanda demokratiyanın və narıncı inqilabın lider kimi Paşinyanın özünün intiharı kimi dəyərləndirilib.


İstiPress-in məlumatına görə, erməni KİV-lər  siyasətə jurnalistikadan gəlmiş, hələ də "Haykakan jamanak” ("Erməni vaxtı") qəzetinin təsisçisi olan  Nikol Paşiyanın təhlukəsizlik bəhanəsi adı altında demokratiyanı boğmasını başa düşə bilmirlər.

Erməni jurnalist Tevos Arşakyan bununla bağlı "ArmenianReport”da yazır: "Bu, erməni demokratiyası üçün həyəcan zəngidir. Keçmişə qayıdış başlayıb və hələ dünənə kimi heyran qaldığımız, Ermənistanın taleyini həvalə etdiyimiz Nikol Paşiyan ana söyüşləri söyməyə və üstümüzə bozarmağa başlayıb? Belə olan halda, o, 100 gün arxaya baxsa, özünün demokratiya şüarları altında yıxdığı sələflərinin sonunun necə olduğunu görsə idi, yaxşı olardı”,- deyə Tevos Arşakyan vurğulayıb.


Amma təbii ki, Paşiyanın belə söhbətlər vecinə deyil və o, nəyin bahasına olursa olsun, 2019-cu ilin yazına təyin edilmiş növbədən kənar parlament seçkilərində qalib gəlmək istəyir. Bu istiqamətdə 17 avqusta təyin etdiyi mitinqə ciddi  hazırlaşır və maksimum çox adam cəlb edərək güclü görünmək istəyir.

Amma "Joxovurd” qəzetinin yazdığından belə görünür ki, mitinqə çox adam gəlməyə bilər. Çünki Paşinyan 1 mart hadisələrini bəhanə edərək  siyasi rəqiblərinin bank hesablarını dondurub, xarici ölkələrin səfirliklərinə sihayılar verərək həmin adamlara viza verilməməsini xahiş edib. Bu isə istər-istəməz insanlarda  etiraz hissi yaradır. Buna görə 17 avqust mitinqi uğursuz ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır