Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44048
az

DİN generalından vətəndaşlara ÇAĞIRIŞ

01:2013 Dekabr, 2020
747
CƏMİYYƏT
  • A

“Karantin postlarının qurulması, məhdudiyyətlərin tətbiq edilməsi təsadüfü deyil. Bu, ölkəmizdə koronaviruslu xəstələrin sayının artması ilə bağlıdır. Pandemiyanın qarşısını almaq üçün zərurətdən belə addımlar atılır”.

Oxu24.com   xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O, vətəndaşları tətbiq olunan məhdudiyyətlərə anlayışla yanaşmağa, qaydalara riayət etməyə çağırıb: 

“Bu, insanların özləri üçün tətbiq edilən məhdudiyyətdir. Hər birimiz bilməliyik ki, bu, bizim gələcəyimiz, ailəmiz, həyatımız üçün vacibdir. Ona görə də qaydalara əməl etmək, sosial məsafəni gözləmək, məhdudiyyətləri qəbul etmək lazımdır. Polislə üz-üzə dayanmaq olmaz”.

Xatırladaq ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndəriləcək
Yevlaxda ev yandı - Xəsarət alanlar var
İntihar və intihara cəhd hallarının sayı azalıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev