Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4401
az

Dostların yeyib-içmək məclisi cinayətlə bitdi

18:5110 Avqust, 2018
1298
KRİMİNAL
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluqda təqsirləndirilən Samir Hacıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Oxu24.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Samir Hacıyev dostu Nahid Əhmədova ağır xəsarət yetirib və daha sonra ona qarşı quldurluq edib.

Samir Hacıyev pul borclu olduğu Nahid Əhmədovla mübahisə edib. Hər ikisi içkili olub. Samir Hacıyev içki içdikdən sonra Nahidə bıçaqla iki zərbə endirərək onun cibindəki pulunu da götürüb.

Elan olunmuş ittihamla Samir Hacıyev özünü qismən təqsirli bilib. O deyib ki, dostunu bıçaqlasa da onun pulunu götürməyib.

Zərərçəkmiş Nahid Əhmədov ifadəsində deyib ki, Samirlə uzun müddətdir dostluq edib. Birlikdə mebel mağazasında işləyiblər.

“Ailəli dost idik. Gediş-gəlişimiz var idi. Heç vaxt aramızda söz-söhbət olmayıb. Dost dostuna dar gündə kömək olmalıdır. Mən ona 700 manat borc vermişdim. Borcumu istəyəndə məni Hökməli qəsəbəsinə çağırdı. Dedi ki, onun da pul alacağı şəxs ora gələcək. Mən də ora gedəndə kolbasa, çörək, pendir, bir də araq aldım. Ora çatanda bir evə getdik. Ev sahibi yaşlı bir adam idi. Başqa heç kim yox idi. Həmin adam içmişdi də. Biz oturub yemək yedik. Mənə zəng gəldi. Telefonu götürüb çölə çıxdım. Həyətdə dayananda Samir məni arxadan vurdu, yerə yıxıldım. Xeyli müddət köməksiz vəziyyətdə orda qaldım. Neçə dəfə dedim ki, mənə kömək elə, təcili yardım çağır. Təcili yardıma zəng elədi, yeri dedi. Sonra məndən soruşdu ki, təcili yardıma verməyə pulun var? Cibimdən pul götürdü. Bir az keçəndən sonra çıxıb getdi. Orda olan digər şəxs də artıq yatmışdı. İçkili idi, bir az da bizimlə içəndən sonra araq onu tutdu. Mən orda bir neçə saat qaldım. Küçəyə tərəf çıxdım. Heç kim yox idi. Yoldan keçən bir taksi saxladı. Ondan sonra məni xəstəxanaya apardılar”- deyə zərərçəkmiş qeyd edib.

Zərərçəkmiş deyib ki, dostundan şikayəti yoxdur. Sadəcə ona dəymiş zərərin ödənməsini istəyir: “5 aydır işləmirəm. Bundan sonra da 5 ay işləməyəcəm. Xəstəxana xərclərimi borc almışıq. Öz pulum da qalır. Onların ödənilməsini istəyirəm”.

Təqsirləndirilən şəxs isə ifadəsində hadisənin dostunun danışdığı kimi baş verdiyini deyib. İçkili olduğunu deyən Samir Hacıyev quldurluq etmədiyini və dostunu bu məqsədlə vurmadığını söyləyib.

“Mən ondan soruşdum ki, pulu var? Məndə xırda yox idi. Ona görə də onum cibindən 5 manat götürdüm. Həmin pulu təcili yardıma verəcəkdim. Başqa məqsədim yox idi. Çölə çıxanda həmin pulu bir nəfərə verdim ki, təcili yardım çağırsın. Özüm də çıxıb getdim. Bu işi müstəntiq belə edib. Nə istəyibsə, yazıb. Hələ istəsəydi, adam öldürməyə cəhd də verərdi”- deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.

Məhkəmə iclası avqusrun 20-də davam etdiriləcək.

Samir Hacıyevə qarşı Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 181-ci (quldurluq) maddələri ilə ittiham irəli sürülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır