Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4398
az

İranda daha bir vəhşilik: 6 nəfər edam edildi

15:4510 Avqust, 2018
2320
DÜNYA
  • A
 İranda qətldə və cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 6 nəfər edam edilib. Edam edilənlərdən biri Əfqanıstan vətəndaşıdır.

İran mənbələrinin yaydığı xəbərə əsasən, qətldə günahlandırılan müttəhimlərdən biri, avqustun 7-si sübh saatlarında Bəndər Abbas zindanında, 2-si isə avqustun 8-də Kərəcin Rəcayişəhr həbsxanasında dara çəkilib. Bildirilir ki, müttəhimlərdən biri 12 il həbsdə saxlandıqdan sonra edam edilib.

Həmçinin avqustun 8-də 3 nəfər Minab zindanında dar ağacından asılıb. Hər üç müttəhim, zorlamada təqsirli bilinib. Edam edilənlərin adları mediaya açıqlanmayıb.

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya zirehli texnikası Yalamada – VİDEO
Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib