Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43945
az

Gürcüstan hökuməti istefa verdi

17:5511 Dekabr, 2020
383
  • A

Gürcüstan hökuməti ölkənin yeni parlamentinin səlahiyyət əldə etməsindən sonra tam tərkibdə istefa verib.

Oxu24.com xəbər verir ki, hökumət üzvləri yeni baş nazir təyin olunana qədər vəzifələrini icra edəcəklər.

Parlament hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir.

Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır.

Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.

Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.

Qeyd edək ki, parlament seçkilərində qalib gəlmiş Gürcü Arzusu Partiyasının hökumət başçısı vəzifəsinə namizədi hazırkı baş nazir Giorgi Qaxariyadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Medvedev Makrona Fransadan qaçmağı tövsiyə etdi: "Onun ordusu gəlir"

Pezeşkianın Azərbaycanla bağlı açıqlaması GÜNDƏM OLDU -VİDEO
ABŞ-ın bəhanəsi: Türkiyə ilə Rusiyanın arasını belə vurmaq istəyir


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi