Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43892
az

Bəzi deputatlar Zəfər paradına buraxılmayıb

19:2910 Dekabr, 2020
406
CƏMİYYƏT
  • A

Bu gün Milli Məclisin deputatları yenidən koronavirus testindən keçirilib. Ümumiyyətlə, hər plenar iclas öncəsi deputatların COVID-19 virusuna yoluxub-yoluxmamasını dəqiqləşdirmək artıq prosedur olub.

Oxu24.com  modern.az-a istinadən xəbər verir ki, bu gün keçirilən Zəfər paradına heç də deputatların hamısı qatıla bilməyib. Əsasən paradda komitə sədrləri və müavinləri iştirak edib.

Parada qatıla bilməyən komitə sədrləri arasında Siyavuş Novruzov da olub.

Zəfər paradında iştirak üçün Siyavuş Novruzova dəvət göndərilsə də, koronavirus testinin pozitiv çıxması onun tədbirə qatıla bilməməsi ilə nəticələnib. Ancaq bu virus səbəbiylə parada qatıla bilməyən deputat tək Siyavuş Novruzov deyil. Xeyli sayda deputat virusa yoluxduğundan Zəfər paradını, tarixi hadisəni canlı izləyə bilməyib.

Qeyd edək ki, sabah, dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndəriləcək
Yevlaxda ev yandı - Xəsarət alanlar var
İntihar və intihara cəhd hallarının sayı azalıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev