Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43871
az

Erməni generalı öldürən əsgərimizə abidə qoyuldu  - FOTO+VİDEO

10:2810 Dekabr, 2020
938
  • A

Vətən müharibəsində qəhrəmanlığı ilə dillər əzbəri olan şəhid Dövlətzadə Cəbrayılın ata-baba yurdu olan Corat qəsəbəsində xatirəsinə həsr olunan baralyef qoyulub.

"Report"un məlumatına görə, barelyefin açılış mərasimində hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb. Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı, Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin zəfərlə bitməsində payı olanlardan biri də Corat qəsəbəsindən olan 19 yaşlı Dövlətzadə Cəbrayıl Dövlət oğludur. O, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Qeyd edilib ki, Cəbrayıl Dövlətzadə zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyəniniz var. Subayam, mən gedəcəyəm” deyərək irəli atılıb, düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini öldürüb. O, elə orada qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Onun bu qəhrəmanlığa indiki gənc nəslə bir nümunədir.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı