Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43818
az

Türkiyədə bir prospektə Azərbaycan, bir küçəyə isə Qarabağ adı verilib - FOTO - VİDEO

18:3109 Dekabr, 2020
215
DÜNYA
  • A

Türkiyənin Van vilayətinin Çaldıran rayonunda "Rəcəb Tayyib Ərdoğan” məhəlləsində bir prospektə "Azərbaycan”, bir küçəyə isə "Qarabağ” adı verilib.

"Anadolu” agentliyinin məlumatına görə, bununla əlaqədar rayonda böyük mərasim keçirilib, küçələr Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.
 
Tədbirdə digər qonaqlarla yanaşı Beynəlxalq Diaspor Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü İsmayıl Ağayev və köməkçisi Sami Radigüzelli də iştirak edib.

Tədbir iştirakçılar Azərbaycanın şanlı qələbəsini təbrik edərək, rayonun ən vacib prospekt və küçəsinə "Azərbaycan” və "Qarabağ” adının verilməsindən qürur duyduqlarını deyiblər.

"Biz artıq bir millət - iki dövlət deyilik, tək millət - tək dövlətik. Burada təkcə prospektin adını dəyişdirmədik, həmçinin Azərbaycanın böyük zəfərini qeyd etdik”, - deyə bələdiyyə rəhbəri Şefik Ensari vurğulyıb.

İsmayıl Ağayev prospekt və küçənin Azərbaycanın və Qarabağın şərəfinə adlandırılmasından böyük sevinc duyduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev