Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4380
az

Xanəndələrin işindəki “Spays” haqda bilmədiklərimiz... - FOTO

23:1609 Avqust, 2018
2181
KRİMİNAL
  • A
"Spays" nədir və onun təsiri olmasaydı bu cinayət törədilərdimi? Hazırda sualın cinayətin hansı motivlə törədilməsi ilə bağlı yaranan hissəsinə istintaqçılar cavab axtarırlar.

"Spays"la bağlı hissəsinə isə ümumdünya toru üzərindən məlumat toplamağa çalışmışıq. Belə aydın olur ki, 3-4 ilə qədər  "Spays" Rusiya və Türkiyədə mağazalarda açıq satışda olub. Hər kəs bu gün Azərbyacanda energetik içkilər aldığı kimi "Spays" alıb itirilmiş enerjisini bərpa etməyə çalışırmış. Tərkibində mavi zanbaq, Havay qızılgülü, Öncəgörənlər şalfeyi (Salvia divinorum) olan "Spays"ın sonradan sıradan bir  energetik tərkibli ədviyyat tərkibli olmadığı üzə çıxdı. Bilindi ki, ədviyyat kimi təqdim olunan bu otlar kannabioidlərlə zənginləşdirilirlər. Mavi zanbaq, Havay qızılgülü, Öncəgörənlər şalfeyi tiryəkin tərkibindəki zəngin kannabioidlərin sintetik analoqları ilə hopdurulurmuş. Bu isə "ziyansız keyf" həvəskarlaırnda aslılıq, beyin qüsurları və digər xəstəliklərlə yanaşı bir çox hallarda ölümə də səbəb olub. Hazırda Rusiya və Türkiyədə "Spays" qadağan olunub və narkotiklərə bərabər tutulur. "Spays"ın bonzay bitkisindən hazırlanması halları da var. Azərbaycanda məhz sonuncusu daha çox yayılıb.  

"Spays"ın dünya üzrə əsas istifadəçilərinin 15-35 yaşı əhatə edir. Azərbaycanlı xanəndələr də məhz bu yaş qrupunda olublar. Azərbaycanda yayılan "Spays" əsasən Bonzay bitkisinin yarpağından hazırlanır. Tərkibinə müxtəlif sintetik qarışıqlar əlavə edilərək tox və maye şəklində satışa çıxarılır. Bu sintetik tərkibli narkotikdir.  Heroin və marixiuanadan da təhlükəli sayılır. "Spays"ı istifadə edənlərin orqanizmində maddələr mübadiləsi pozulur, beyin hüceyrələri zədələnir. Psixoaktivlik pik həddə qədər artır. Bu isə insanın özünü idarəetməsini əngəlləyir, ətraf mühitə laqeyd münasibəti formalaşır, hərəkətləri adekvat olmur.

"Spays"ın tərkibindəki kimyəvi toksinlər qısa müddətdə qaraciyərə sovrularaq qana keçir. Bir neçə dəqiqəyə bütün orqanizmə təsiri yayılır. Təsiri saatlarla davam edir. Spirtli içkilərlə qəbulu daha böyük təhlükəyə səbəb olur.

Bərdədə xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun müəmmalı ölümündən 1 həftədən artıq vaxt ötür. Bu müddət ərzində üzə çıxan məlumatlar cinayətin törədilməsində narkotiklərin həlledici rol alması haqda ehtimalları gücləndirir.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, iyulun 31-də M.Mirizadə xanəndə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib. Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonağa yatmaq üçün həyətdə yataq açıblar. Hər 2 dost gecə taxtın üzərində yatıblar. Səhərə yaxın N.Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çox saylı zərbələr endirib. Çöldə səs küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin həyətə çıxdıqda hər tərəfin qan içində olduğunu və Miryusifiin öldüyünü görüb.

Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da, ona bildirilib ki, Miryusifin ürəyi pis olub şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da özü hadisə yerində qalaraq ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb. Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm M.Mirizadə, həm də N.Hüseynov narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər 2 dost daha sonra narkotik tərkibli "Spays" dərmanı qəbul ediblər. Sitat: "Lakin, həmin vasitələrin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr Siyahısı"na daxil edilməməsi onların qanunsuz dövriyyəsinə görə məsuliyyət tədbirlərinin görülməsini istisna edir. Bununla əlaqədar layihədə nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının tənzimlənməsi məqsədi ilə edilir", - deputat bildirmişdi. Qanun layihəsi səsə qoyularaq təsdiqlənmişdi. Həmin gündən Azərbaycanda "Spays" və "Bonzay" adı ilə tanınan güclü təsiredidci maddələrin dövriyyəsi qanunla qadağan olunub.   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü
Tələbə faciəvi şəkildə ÖLDÜ

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR