Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43682
az

“Hamı elə bildi ki, şəhid olmuşam” - Erməni maşınında gecələyən qazi

01:0908 Dekabr, 2020
988
REDAKTORUN SEÇİMİ
  • A
"Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini isə özümə saxlamışdım". Bu sözləri iki gün təmas xəttində yaralı vəziyyətdə qalan qazimiz Samir Səmədzadə deyib. Qax rayonunun Turaclı kəndində anadan olan 21 yaşlı Samir Səmədzadə 29 sentyabrda cəbhəyə yollanıb. Samir elə müharibənin ilk günlərindən silahdaşları ilə birlikdə döyüşə atılıb. O, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb. Samir həmin anı belə xatırlayır: "Dostum yaralı idi. Onu çıxaranda ayağımdan vuruldum. Onun yarası yüngül idi. Mən isə özümdən getmişdim. Ayıldım ki, çox qan itirmişəm. Ayağımı bağladım, qan bir az azaldı. Hamı elə bildi ki, şəhid olmuşam. Bir qardaşımız da qolundan yaralanmışdı. O, gecə ayılıb məni vurulan düşmən maşınının içinə saldı. Onun da taqəti qalmamışdı. Ayın 8-i səhərə kimi orada qaldım. İstəyirdim su içib, sonra şəhid olum. Ayın 10-u günortadan sonra bizimkilər gəlib şəhidləri götürəndə gördülər ki, sağam". Qeyd edək ki, qazimiz evlidir və bir qız övladı var. (Qafqazinfo) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib