Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43679
az

Aybəniz Haşımovanın qızı boşanmasından danışdı - Foto

00:3408 Dekabr, 2020
698
ŞOU-BİZNES
  • A

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevdən rəsmi olaraq boşanmasına münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, Aynişan Quliyeva İnstaqram hesabının hekayə bölümündə boşanması haqqında bu sözləri yazıb: "Ölkəmiz üçün belə şərəfli və məsuliyyətli günlərdə məndən asılı olmayan səbəblərdən arzulamadığım bir mövzuda yenidən gündəmə gəlməli oldum. Bir çox ailələr kimi bizim də ailəmizdə müəyyən problemlər, xarakter uyğunsuzluğu yarandı.

 

Bu problemlərin bir hissəsinin yay aylarına təsadüf etdiyi üçün boşanmağımızla bağlı xəbər yayıldı. Bunu bir çoxları müxtəlif cür yozsalar, reklam ilə əlaqələndirmək istəsələr də, hər bir ailədə baş verən daxili məsələlər idi. İlk addımda dağıtmaq üçün qurmadığımız ailəni qorumaq məqsədi ilə zaman vermək qərarına gəldik. Ancaq aramızda olan problemi həll edə bilmədik. Bütün bunları nəzərə alaraq iki həftə öncə boşanmaq üçün müraciət etdim. Hazırda boşanma prosesi tam qanuni şəkildə başa çatmayıb. Mən hazırda müvafiq qurumun yekun qərarını gözləyirəm"

Qeyd edək ki, Kənan Əliyev bu gün sosial şəbəkədə Aynişan Quliyevadan boşanması barədə məlumat yayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktyora ağır itki -Çəkiliş zamanı...
Xalq artisti: "Rasim Balayev məndən qisas alır"
Türkiyəli aktyor vəfat etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı