Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4362
az

Rusiya Azərbaycana Su-35 qırıcıları verir - Ermənistan panikada

10:2609 Avqust, 2018
5994
HƏRBİ
  • A
Rusiyalı hərbi ekspert, hərbi elmlər namizədi, Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sergey Suvorov “Vzglyad.az”a eksklüziv müsahibəsində Ermənistan rəhbərliyinin yürütdüyü xarici-siyasi kurs, bunun Rusiya ilə hərbi sahədəki münasibətlərə təsiri, o cümlədən Moskva-Bakı hərbi əməkdaşlığından və gələcək perspektivlər barədə danışıb.

AzVision.az xəbər verir ki, Suvorov hazırda Azərbaycanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın uğurla davam etdirildiyini bildirib:

“Azərbaycan həmişə Rusiyanın strateji tərəfdaşı olub və bu cür də qalır. Bu gün Bakı ilə Moskva olduqca yaxşı və sıx əlaqələrə malikdirlər. Mən elementar səviyyədə bunu öz şirkətimizin nümunəsində də göstərə bilərəm. Ötən il biz Azərbaycana hərbi texnika verilməsilə bağlı müqavilənin icrasını başa çatdırdıq. Ümid edirəm ki, bizim Azərbaycanla qarşılıqlı faydalı münasibətlərimiz gələcəkdə də davam edəcək və əhatə dairəsi genişlənəcək.”

Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil Su-35 qırıcı təyyarələri verməsinin mümkünlüyünə də toxunana Suvorov, gələcəkdə belə bir müqavilənin imzalanmasını istisna etməyib. Onun fikrincə, Azərbaycana yeni nəsil növbəti müasir silahların satışı tamamilə mümkündür.

“Əgər biz Su-35 təyyarələrini digər ölkələrə sata biliriksə, onda niyə də Azərbaycana satmayaq?” – deyə, rusiyalı polkovnik vurğulayıb.

Ermənistana silah satışına gəlincə isə Suvorov bildirib ki, İrəvanla bağlanan əvvəlki sazişlər tam həcmdə icra olunacaq. Lakin Qərbə tərəf çevrilən Ermənistana güzəştli şərtlər altında növbəti silahlar çətin ki verilə.

“İndiki proseslər vaxtilə Ukrayna ilə münasibətlərimizdə baş verənlərə bənzəyir. O zaman Kiyev Qərbə sarı çevrilməyə başlamışdı. Nəticədə Rusiya Ukraynaya verdiyi silahları və hərbi texnikanı tədricən məhdudlaşdırılmağa başladı. Və sonra Ukrayna Qərbin köməyinə ümid bağladı və hələ də qırıq təknədə oturub ümid edərək qalır. Eyni vəziyyət Ermənistanla da baş verə bilər.” – deyə, rusiyalı polkovnik qeyd edib. Onu da vurğulayıb ki, əgər İrəvan bundan sonra da Qərbə meyl etsə, Rusiyada heç kim Ermənistana güzəştli şərtlərlə silah verməyəcək.

“Əgər Ermənistan Qərbə tərəf çevrilsə, hərbi texnikanı Rusiya nümunəsində güzəştlə yox, Qərb siyasəti və proqramlarına sədaqət şərtləri altında öz qiymətinə almağa məcbur olacaq. Amma hamımız çox yaxşı bilirik ki, Ermənistanın maliyyə resursları bu həcmdə silah alışını mümkünsüz edir.” – deyə Suvorov bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi