Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43612
az

ELAN! 35 YAŞA QƏDƏR OLAN KİŞİLƏRİN NƏZƏRİNƏ!

11:1607 Dekabr, 2020
4474
ELANLAR
  • A

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən OXU24.COM-A a bildirilib ki, DSX-də həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

- 35 yaşı keçməməli;

- Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

- Həkim-terapevt;

- Həkim-ümumi cərrah;

- Həkim-stomatoloq;

- Həkim-sanepidemioloq;

- Həkim-dermatoloq;

- Həkim-infeksionist;

- Həkim-otolarinqoloq;

- Həkim-laborant;

- Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

- Feldşer;

- Feldşer-laborant;

- Diş texniki.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

- Fiziki cəhətdən sağlam olmalı;

- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Baku Bus" işçi axtarır - MAAŞ 2450 MANAT
"Gilan Holding" işçi axtarır - MAAŞ 2500-3000 MANAT
Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı