Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43536
az

Əsirlikdə olan Bayram ailəsinə xəbər göndərdi - Deyib ki, həyəcandan məktub yaza bilmir

12:0806 Dekabr, 2020
1204
REDAKTORUN SEÇİMİ
  • A

Ermənistanda əsirlikdə olan Gəncə sakini Bayram Kərimov ailəsinə xəbər göndərib.

Oxu24.com xəbər verir ki, bunu APA-ya açıqlamasına B.Kərimovun atası Yaşar Kərimov  bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova bildirilib ki, B. Kərimova baş çəkiblər, səhhətində heç bir problem yoxdur. B. Kərimova atasının və həyat yoldaşının göndərdiyi məktub da çatdırılıb və o, məktubları oxuyub. Bununla belə, B. Kərimov ailə üzvlərinə məktub yazmayıb, deyib ki, həyəcanlıdır, valideynlərinə və həyat yoldaşına sağ-salamat olduğunu çatdırsınlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova artıq B. Kərimovun oturmaqda çətinlik çəkmədiyi də bildirilib.

Yaşar Kərimov Beynəlxalq Qırmızı Xaç Komitəsinə oğlunun tezliklə əsirlikdən qaytarılmasını istədiyini bildirib.

Qeyd edək ki, B. Kərimov Şuşa uğrunda döyüşlərdə yaralandıqdan sonra əsir düşüb. B. Kərimov ailəlidir, bir azyaşlı oğlu var.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.  Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən azərbaycanlılardan Amin Musayev ailəsinə məktub göndərib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ərlə arvad öldü
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölənlər var
Qaz olmayacaq


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO