Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43531
az

Təcili xəbər: BQXK  əsirlərə baş çəkib

11:1806 Dekabr, 2020
459
REDAKTORUN SEÇİMİ
  • A

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Oxu24.com-a  bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam edib.

BQXK-nın baş çəkdiyi şəxslər sentyabrın 27-dən bəri saxlanılanlardır: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın. Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir".

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib. Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib: "Salam, ana necəsən? mən yaxşıyam, məndən narahat olma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hər kəsə məndən salam deyin. Ana sən özünə yaxşı bax. İnşallah, səni gələndə möhkəm görüm. Səni çox sevirəm, ana".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birbank Biznes-dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə
Azərbaycanda güclü partlayış:Yaralılar var
Ayşən Kazımovanı binadan atdılar - Bakıda dəhşətli hadisə

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü