Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
435
az

Çörəyi canından çıxanlar

22:3309 Aprel, 2018
996
MANŞET
  • A
 Nərmin Dadaşova

Oğuz eli - Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşları bir yerə yığılıb təntənəli şəkildə, kommunal-təsərrüfat birliyi işçilərinə üç rejimdə işləyən xüsusi jiletlər təqdim ediblər.  Niyə? Çünki bir neçə gün əvvəl aeroport yolunda süpürgəçi Cəmilə Salahovanı “Kamaz”markalı maşın yol süpürərkən vurub öldürdü. Qanı təzəcə süpürüb təmizlədiyi yerdə gölməçələnmiş, üzü qoyulu uzanmış Cəmilə xalanın özündən çox bir neçə metr o yanda yol kənarındakı dəmir hasara ilişib qalmış süpürgəsi məni incitdi. Qadından ucada dayanan o süpürgə haqqında nə qədər cümlə qurmaq olar, bir bilsən, oxucu dost...

Dəhşətli hadisədən bir neçə gün sonra aidiyyatı  “müəllimlər” düşünüb-daşınıb günlərlə gündəm olan bu məsələnin üstündən su axıtmaq, gözdən pərdə asmaq, medianın ağzını yummaq üçün belə mötbər bir iş gördülər. Cəmilə xalanın- o fağır qadının  iki uşağı kimsəsiz qalandan sonra, fövqəladi bir çözüm tapdılar. Və nə böyük şanssızlıq ki, yerə-göyə car çəkib keçirdikləri təqdimatdan cəmi dörd gün sonra- bu gün  Sumqayıt şəhərində daha bir süpürgəçini maşın vurub öldürür.

“Bəylər” haqqında bu qədər yetər. Keçək sizə. Bu zavallı qadınların ölümünün digər  səbəkarlarına. Faccebookda, orda-burda bar-bar bağıran, göstəriş zavallılarına. O qadının ölümündə təkcə o kamaz şoferimi günahgardır səncə? Bəs,  sən? Maşının pəncərəsindən siqaretinin kötüyünü, saqqızını, su qabını vıyıldadan vitaminsiz, bəs o qadının əlində süpürgə şütüyən  maşınların arasında səhərdən- axşamacan var-gəl etməsinin səbəbkarı həm də sən deyilsənmi?

Təkcə bununla bitmir mərifətlərimiz. Dünyanın harasında insanların keçməsi, təhlükəsizliyi üçün nəzərdə tutulmuş keçidin giriş-çıxışına polis dikirlər?  Ki, bizi zorla keçiddən keçirsin,  tutub bircə-bircə  cərimələsin, dişinin dibindən çıxanı desin. Desin ki, ay adam, maşın vurub qanını tökəcək bu gözəlim asvalta. Canına cəfa ver, ikicə piləkən aşağı en.

Yolunuz düşəndə 28 may metrosunun yanındakı yerüstü keçidin yanında quraşdırılmış “danışan işıqfor”a diqqət edin lütfən. Qırmızı işığını yandırır, sonra da qışqırır- DAYANIN! Yaşılını yandırır bağırır-KEÇİN! Bu də bəs eləmir, əli dəyənəkli polislər girinc giriftar olur yolu bu üzdən -o üzə keçə bilmək üçün canlı və cansız bütün varlıqların gücündən istifadə edən insanlarla. Amma danışdırsan hamısı “ağıl” küpüdür, humanistdir,idialistdir, heyvan hüquqları müdafiəçisidir və sairədir, və ilaxırdır...

Kimdənsə nəsə tələb edə bilmək üçün, birinci özümüz o tələblərə əmək etməliyik, oxucu dost, özümüz... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi