Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43447
az

Erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər təyin edilib

11:5605 Dekabr, 2020
260
CƏMİYYƏT
  • A
Vətən müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunub. Bu barədə Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub. Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"WhatsApp"da yeni funksiya işə salındı
Şəhid general Polad Həşimovun oğlundan QÜRURVERİCİ NƏTİCƏ -FOTO
Uorren Baffett "Apple" səhmlərinin tən yarısını SATDI

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı