Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4326
az

Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi

21:2507 Avqust, 2018
1163
SİYASƏT
  • A
 Ermənistanın baş naziri Nikola Paşinyanın həyat yoldaşı - Anna Akopyan - "Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində yenidən Rusiyaya gedəcək.

Oxu24.com xəbər verir ki, bu barədə Akopyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq səfərə hazırlaşırıq. Bu kampaniya davam edəcək”, - erməni baş nazirin həyat yoldaşı deyib.

Anna Akopyan kampaniyası haqqında iyul ayında Moskvaya səfəri zamanı açıqlama vermişdi.

O qeyd edib ki, kampaniyanın əsas məramı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməkdir:

"Münaqişənin necə alovlandığı əhəmiyyətli deyil. Əsas bu münaqişəyə görə həyatlarını qurban verən gənclərin taleyidir”.

O, bu təşəbbüsün Azərbaycan qadınlarının da diqqətinə çatdırılmasını istəyib.

Rəsmi Bakı buna cavab olaraq bildirib ki, Qarabağda sülhün bərqərar olması üçün Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı