Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43237
az

Baş nazirdən tibbi xidmətlərlə bağlı MÜHÜM QƏRAR

22:3302 Dekabr, 2020
513
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti “Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nı təsdiq edib.

Oxu24.com xəbər, tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası “Tibbi sığorta haqqında” qanuna əsasən hazırlanıb və tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarlarını və qaydasını müəyyən edir.

Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi meyarları aşağıdakılardır:

-rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

-rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

-rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

-tibbi xidmətlərin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;

-müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;

-müayinə və ya müalicə üsullarının iqtisadi səmərəliliyi;

-tibbi xidmətlərin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən göstərilməsi.

Tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:

-müayinə və ya müalicə üsullarının tibbi və iqtisadi səmərəsizliyi;

-xəstəliklərin müayinəsində və müalicəsində yeni və səmərəli üsulların tətbiqi.

Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması qaydası müəyyən edilib.

-İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Qaydada qeyd olunan meyarlara uyğunluğu baxımından tibbi xidmətlər 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir.

-Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"WhatsApp"da yeni funksiya işə salındı
Şəhid general Polad Həşimovun oğlundan QÜRURVERİCİ NƏTİCƏ -FOTO
Uorren Baffett "Apple" səhmlərinin tən yarısını SATDI

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı