Biləsuvarda, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Oxu24.com-a DGK-dan məlumat verilib.
Vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) dörd ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib. Oxu24.com
ŞƏRHLƏR