Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Oxu24.com-a bildirilib ki, əsassız və həqiqətəuyğun olmayan belə məlumatlar qəti şəkildə rədd edilir:
“Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil”.
Oxu24.com
ŞƏRHLƏR