Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43081
az

Rusiyadan Laçın dəhlizi ilə bağlı AÇIQLAMA - VİDEO

14:0401 Dekabr, 2020
727
DÜNYA
  • A

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis-kəşfiyyat və mina təmizlənməsi işlərini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat qrupu, ümumilikdə, 1000-ə yaxın partlayıcı obyekti zərərsizləşdirib. Laçın dəhlizindəki elektrik xətlərinin bərpası ilə bağlı işlərin təhlükəsizliyi təmin olunub.

"Aşkarlanmış partlayıcı obyektlər, atılmış və ya işləməyən döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Təhlükəsiz şəkildə təxliyə oluna bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri alınaraq yerində zərərsizləşdirilir", - açıqlamada deyilir.

Dağlıq Qarabağda aparılan sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolu təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb.

Bundan əlavə, Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edir və elektrik xətlərinin, qaz boru kəmərlərinin, rabitə xətlərinin və transformator yarımstansiyalarının yenidən qurulmasında təmir heyətlərinə köməklik göstərir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail Əhmədi də öldürdü
İranla Ermənistanın Araz çayı ilə bağlı planı: Müzakirə olunur
Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO