Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4307
az

Lirə çöküşdə: Azərbaycan bazarını nə gözləyir?

22:3206 Avqust, 2018
1287
İQTİSADİYYAT
  • A
 Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir. Dollar/tl məzənnəsi həftənin ilk iş günü, səhər saatlarında 5.12 lirə səviyyəsinə yüksəlib.

Beləliklə, dollar lirəyə nisbətdə son bir həftə ərzində 5,36 faiz bahalaşaraq, ilin əvvəlindən bu yana 25 faiz güclənib.

İyul ayında Türkiyədə illik inflyasiya 15,85 faiz təşkil edib. Aylıq bu rəqəm 0,55 faiz olub. Türk lirəsinin ucuzlaşmasının xarici ticarət tərəfdaşlarına necə təsir edəcəyinə gəlincə, iqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, lirənin rekord həddə ucuzlaşması Türkiyə üçün çox ciddi iqtisadi problemlər yaradacaq:

“Xüsusilə inflyasiya ölkə üçün qaçılmaz olacaq. İnsanların real gəlirləri aşağı düşür İlin əvvəlindən bu günə qədər türk lirəsi 25 faiz dəyər itirib. Dünyada ən çox ucuzlaşan milli valyutalaralardan biridir”.

Lirənin dollara nisbətdə dəyər itirməsinin Azərbaycan-Türkiyə ticari münasibətlərinə təsirinə gəlincə, N.Cəfərli deyir ki, bunun müsbət tərəfləri var:

“Azərbaycana bu ölkədən gətirilən malların dəyərinin ucuzlaşması baş verməlidir. Yerli iş adamları dolları lirəyə çevirib mal alırlar.  Məntiqlə türk malları əvvəlkindən daha ucuz qiymətə başa gələcək.

Prosesin mənfi tərəfinə gəlincə, Azərbaycanın qeyri-neft sektoru mallarının Türkiyəyə ixracatında problemlər yaşana bilər. Belə ki, manatın lirəyə nisbətdə daha dəyərli olması ixracat potensialımızı zəiflədir”.

Türkiyədə 250 min nəfərə yaxın azərbaycanlının işlədiyini deyən N.Cəfərli bildirir ki, lirənin dəyərsizləşməsi onların gəlirlərinin və Azərbaycana göndərdikləri vəsaitlərin azalmasına səbəb olacaq:

“Bir müddət sonra Türkiyədə işləməyin rentabelli olmadığını görüb geri qayıda bilərlər. Türkiyədə baş verən iqtisadi proseslər, o cümlədən lirənin məzənnəsi Azərbaycanın makroiqtisadi göstəricilərinə, eləcə də, daxili bazarda qiymətlərə, sosial məsələlərə təsir edir”. İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edir ki, türk lirəsinin məzənnəsinin ucuzlaşmasının davam edəcəyi gözlənilən idi.

Onun sözlərinə görə, Türkiyənin ABŞ, Almaniya kimi ölkələrlə münasibətlərinin gərginləşməsi lirənin məzənnəsinə ciddi təsir göstərir:

“Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu dövlətin qeyri-neft sektorumuzda payı kifayət qədərdir. Ümumiyyətlə, Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən çox paya malik olan ikinci ölkədir. İllik 1,07 milyard qeyri-neft ixracatının 34 faizi Rusiyanın payına düşürsə, 26 faiz Türkiyənin payına düşür. Göründüyü kimi, Türkiyə qeyri-neft ixracatımızın təxminən 1/3-ni formalaşdırır.

Azərbaycanın xarici  ticarət dövriyyəsində Türkiyənin payı yüksək olaraq qalmaqdadır. İki ölkə arasında ticarət dövriyyəsi 2107-ci ildə 2 milyard 315 milyon dollar təşkil edib. Düzdür, ticarət dövriyyəsində ən yüksək rəqəm 2016-cı ildə qeydə alınıb - 2 milyard 648 milyon dollar.

Bununla belə, əvvəlki dövrlərlə müqayisədə ticarət dövriyyəmiz artıb. Türkiyə Azərbaycanın ticarət dövriyyəsinin 13 faizini təşkil edir. Bu kontekstdən yanaşsaq, lirənin ucuzlaşmasının Azərbaycanın ticarət dövriyyəsinə, eyni zamanda, iki ölkə arasında iqtisadi münasibətlərə təsiri var”.

Mütəxəssis onu da bildirir ki, lirənin dollara nisbətdə dəyərsizləşməsi qeyri-neft ixracatına  kəskin təsir etməyəcək. Çünki qeyri-neft ixracatına daxil olan məhsulların bir qismi re-exports olaraq digər ölkələrə göndərilir:

“Məsələn, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil”. (oxu.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO
Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? - AÇIQLAMA

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu