Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4303
az

Mehman Hüseynov anasının dəfnində iştirak etmək üçün azadlığa buraxıldı

19:0506 Avqust, 2018
1232
MANŞET
  • A
 Həbsdə olan bloqqer Mehman Hüseynova ötən gecə vəfat edən anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etməyə icazə verilib.
Oxu24.com xəbər verir ki, bunu Report-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
O qeyd edib ki, M.Hüseynovun anasının yas mərasimində iştirak etməsi ilə bağlı müraciətinə baxılıb və müvafiq qərar qəbul olunub.
M.Hüseynov anasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Xatırladaq ki, Nəsimi rayon Polis idarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü