Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43028
az

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko

19:0630 Noyabr, 2020
542
DÜNYA
  • A

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi.

KONKRET.az  xəbər verir ki, bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb:

“Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft sahələrinin ehtiyacları üçün tikilmiş nüvə elektrik stansiyasından İrana gizli şəkildə elektrik enerjisi satan ölkəyə dəstək oldu.

Üstəlik, indi ermənilər öz ölkələrini Rusiyanın Qafqazdakı qalası hesab edir. Təsəvvür edirsiniz, tamamilə Rusiyadan asılı olan cılız Ermənistan özünün qala olduğunu bəyan edir. Əslində isə Ermənistan tamamilə Moskvadakı erməni lobbisindən asılıdır”.

Şevçenko onu da vurğulayıb ki, Moskvadakı erməni lobbisi Vladimir Putinin şəxsən bu mövzuda ağlabatan mövqe tutduğu bir vaxtda Rusiya hakimiyyətini Azərbaycana qarşı istiqamətləndirib:

“Lakin Putin həmişə İlham Əliyevlə şəxsi münasibətlərini qoruyub”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktyora ağır itki -Çəkiliş zamanı...
RusiyadaRusiyada “YouTube” işləmir
ABŞ-ın eks-kəşfiyyatçısı Putinin uğur qazandığını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı