Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43008
az

"Kəsilmiş qulağ"ın İNTİQAMI: "Lotu Quli"nin qətlinin ŞOK DETALLARI AÇIQLANDI - VİDEO

15:4630 Noyabr, 2020
482
REDAKTORUN SEÇİMİ
  • A

Kriminal aləmdə "Lotu Quli" kimi də tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifovun ətrafı onun ölüm səbəbini açıqlayıblar. Bildiriblər ki, ölümə səbəb "kəsilmiş qulağ"ın intiqamı olub.

Publika.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, "Lotu Quli"nin Türkiyədə öldürülməsi ilə bağlı əmri Rafik Eyvazov (Rafiq Masallınski) verib.

Məlumata görə, qanuni oğrular hər zaman çətin münasibətdə olublar. 2013-cü ildə "Masallınski" həbs edildiyi zaman "Quli" hamını onu qanuni oğru kimi tanımamağa çağırıb. Bundan 4 il sonra, 2017-ci ildə "Quli"nin əmri ilə Eyvazov hücuma məruz qalıb və avtoritetin qulağı kəsilib.

Mənbənin verdiyi məlumata görə, bundan sonra "Masallınski" intiqam alacağına dair söz verib və ona hücumda iştirak edən Səlifovun ətrafından iki nəfəri öldürüb. Məqsədinə çatmaq üçün Səlifovdan xoşu gəlməyən digər qanuni oğruları ətrafına toplamağa başlayıb.

Xatırladaq ki, Səlifov avqustun 20-də Antaliyada otellərin birində yaxın adamı olan Xaqan Zeynalov (Xan Bakinski) tərəfindən güllələnərək öldürülüb. Ehtimal edilir ki, Xaqan "Masallınski" tərəfindən onun ətrafına yerləşdirilib və uzun müddət etibarını qazanıb.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan 18 yaşlı Hüseynlə bağlı ŞOK - Görün kimin qardaşı imiş
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü-Foto
Qar yağacaq - PROQNOZ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO