Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43002
az

Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"

15:0030 Noyabr, 2020
386
HƏRBİ
  • A

Şuşa döyüşlərində əsir düşdüm. Ordumuzun əks həmləsi zamanı əsirlikdən xilas oldum. Məni Yerevana aparmaq istəyirdilər. Şükür ki, hərbçilərimiz buna imkan vermədi.

Oxu24.com  baku.ws-ə istinadən bildirir ki, bu sözləri xüsusi təyinatlı hərbçimiz Abuzər Əliyev deyib. O bildirib ki, yaralı olsa da yenidən ordu sıralarına qoşulmaq istəyir.

Abuzər Əliyev düşmənin əsirlikdə ona işgəncələr verdiyini söyləyib:  

"Mənim açıq yaralarım çox idi. Ayağımda, qolumda və burnumda qəlpə yaralarım var idi. Yaralarıma duz, istiot tökürdülər. Kəlbətinlə barmaqlarımı sıxırdılar və "tok" verirdilər.

İşgəncə verib məndən məlumatlar almaq istəyirdilər. Amma imkan verməzdim ki, mənim qardaşlarıma nəsə olsun. Heç bir məlumat vermədim və buna görə də mənə işgəncələr verirdilər".

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır