Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4298
az

“Ailə Dünyası” Biləsuvarda maarifləndirmə aksiyası keçirib

16:1206 Avqust, 2018
835
DÜNYA
  • A
 “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi avqustun 4-də saat 10.00-dan 16.00 dək Biləsuvar rayonunun sərhəd buraxılış məntəqəsində xaricə getmək istəyənlərin insan alveri təhlükəsi ilə üzləşməməsi üçün maarifləndirmə kampaniyası  keçirib.
 
Qeyd edək ki, maarifləndirmə aksiyası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti” layihəsi çərçivəsində baş tutub.
 
 
Bu barədə  məlumat verən ictimai birlik sədri, eləcə də layihə rəhbəri Gülayə Səfərova qeyd edib ki, kampaniyanın əsas məqsədi insanları maarifləndirmək, onları həm ölkə daxilində, həm də ölkədən kənarda təhlükəsizliyinin təmin olunması üçün səfərbər etməkdir.
 
Layihə rəhbərinin sözlərinə görə, son vaxtlar insan alveri məsələsi qlobal problemə çevrilib və bu bəla Azərbaycandan da yan keçmir. İnsan alveri dedikdə burada vətəndaşların müxtəlif yollarla təhsil, iş adı ilə başqa ölkələrə aparılması, onların həm cinsi, həm də əməyinin istismar olunması, orqan transplantasiyası qurbanına çevrilmək riski kimi başa düşülməliidr. Gülayə Səfərova vurğulayıb ki, layihənin qayəsi də, insanları baş verə biləcək hər hansı təhlükəyə qarşı təlimatlandırmaqdır. Bu səbəbdən xaricə gedən şəxslərin daha çox nəyi bilmələri, hansısa problem olduqda necə davranmaları, hara müraciət etmələri, şəxsi sənədləri qoruması vacib və bilməli olduğu məsələlərdir.
Maarifləndirmə kampaniyası çərçivəsində könüllülər xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərə nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumatları özündə əks etdirən yaddaş kitabçalarını paylayıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə - Yeniləndi
Litvanın yeni Baş naziri o seçildi
İran hicabdan imtina edən qadınları belə "MÜALİCƏ" EDƏCƏK

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü