Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4292
az

Məhkəmə qərarını icra etməyən şəxs saxlanılıb

14:3306 Avqust, 2018
1037
KRİMİNAL
  • A
Bakıda məhkəmə qərarını icra etməyən şəxs saxlanılıb.

"Report"un məlumatına görə, Ceyhun Elçin oğlu Mehrəliyev Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olub.

O, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub.

Qeyd edək ki, C.Mehrəliyev Nazilə Şirinova adlı qadınla qeyri-rəsmi nikahda yaşayıb. Onların bu nikahdan bir övladları dünyaya gəlib. Sonradan C.Mehrəliyevlə N.Şirinova arasında münaqişə yaranıb. Qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

C.Mehrəliyev qeyri-rəsmi həyat yoldaşını bıçaqlayıb. Ona görə də barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı