Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42864
az

Paşinyanla əsgər valideynlərinin görüşündə insident – \"Dedi, nə istəyirsən, yataqlarımızı ora aparaq?\"

21:0728 Noyabr, 2020
594
  • A

Hərbi xidmətə çağırılanların valideynlərinin baş nazir Nikol Paşinyanla görüşündə insident yaranıb.

Övladları hərbi xidmətdə olan valideynlər hökumət binası qarşısında etiraz aksiyası keçirərək uşaqlarının Ermənistana qaytarılmasını tələb ediblər. Onların bir qrupu Paşinyanla görüşə dəvət edilib.

Aksiya iştirakçılarından biri görüşdən sonra bildirib ki, Paşinyana ölkəyə nəzarət edə bilmədiyini deyib: “Dedim ki, işçilərin sənə yalan məlumatlar ötürürlər. Qarabağdakı əsgərlərimizin vəziyyəti barədə məlumatınız yoxdur. Baş nazir isə buna cavab verə bilmədi, diqqəti mövzudan yayındırmağa, aidiyyatı olmayan sözlər deməyə çalışdı. Dedim ki, 18-20 yaşlı çağırışçıların xidmətlərini davam etdirmək üçün Ermənistan ərazilərinə qaytarılmasını tələb edirik, başqa bir şeyə ehtiyac yoxdur. Dedim, oradakı əsgərlər unudulub, xəbəriniz yoxdur...”

Hərbçi atası deyib ki, Baş nazirin ona cavablarından şoka düşüb: "Dedi, nə istəyirsən, yataqlarımızı ora aparaq? Cavab budur? Bu sözlərdən sonra inanıram ki, artıq baş nazirimiz yoxdur. Sonra boş-boş danışdığını hiss etdi, üzr istədi. Amma mən bunların problemləri həll edəcəyinə inanmram”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı