Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4286
az

Balakən-Bakı qatarında gərgin gecə - Şəki stansiyasında olay çıxdı

10:3206 Avqust, 2018
1314
KRİMİNAL
  • A
Bu gecə Balakəndən Bakıya gələn sərnişin qatarında insident baş verib.

Oxu24.com Reporta istinadən  xəbər verir ki, hadisə qatarın keçdiyi Şəki stansiyasında qeydə alınıb.

Dörd nəfər – Əzizağa, Gülnarə və Gülxanım Əzizovalar, eləcə də Rəfiqə Səfərli vaqon bələdçilərinə internetlə bilet aldıqlarını bildirərək qatara minmək istəyiblər. Lakin bələdçilər onlardan onlayn biletin kassadan alınmalı olan kağız variantını tələb ediblər. Tərəflər arasında mübahisə yaranıb.

Bundan sonra vətəndaşlar internetlə ödənişin həyata keçirildiyini təsdiq edən tranzaksiya kodlarını bələdçilərə təqdim ediblər və qatarın bir qədər sonra keçəcəyi Yevlax stansiyası ilə əlaqə saxlanılıb. Biletlərin kassadan əldə olunacağı dəqiqləşdikdən sonra sərnişinlər qatara buraxılıblar. İnsident qatarın hərəkətində gecikməyə səbəb olmayıb.

Xatırladaq ki, internetlə sifariş verilmiş bilet qatarın minik stansiyasından yola düşməsinə 1 saat qalmışa qədər şəxsiyyəti təsdiq edən sənəd (bilet sifarişində qeyd olunmuş) təqdim olunmaqla “Azərbaycan Dəmir Yolları” QSC-nin kassalarından əldə edilməlidir. Kassir təqdim olunmuş sənəddəki məlumatları yoxlayır və bileti çap edərək sərnişinə verir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü