Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4282
az

Orxan Camalı dəfn edə bilmirlər

20:5705 Avqust, 2018
1253
KRİMİNAL
  • A
 Mərkəzi Afrikada həlak olmuş jurnalist Orxan Camalın qohumlarına bildiriblər ki, Mərkəzi Afrika Respublikasında onun ölümü haqda Rusiya Federasiyasının konsulu tərəfindən imzalanmış yekun rəy itirilib.

Oxu24.com virtualaz.org-a istinadən bildirir ki, bu barədə mərhumun dostu və həmkarı Maksim Şevçenko öz "feysbuk" səhifəsində yazıb.

"Sağlığında Orxanla nə etmək lazım olduğunu bilməyən küt hakimiyyətin qisasçılığının hüdudu yoxdur", - jurnalist yazıb. Onun sözlərinə görə, bu sənəd olmadan O.Camalı dəfn etmək olmaz.

M.Şevçenkonun postuna şərhdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir ehtimal irəli sürüb ki, ölüm haqqında yekun rəy onların nəşini gətirən yük təyyarəsində itirilib. "Rusiya 1" telekanalının efirində o, əlavə edib ki, hazırda Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında həlak olmuş Rusiya jurnalistlərinin tabutları gətirilərkən itirilmiş sənədlərin bərpası ilə məşğuldur.

Xatırladaq, iyulun 31-də Mərkəzi Afrika Respublikasında "Vaqnerin ordusu" kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyəti ilə bağlı film çəkən üç rusyalı jurnalist-Azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Onların meyitləri ötən gecə təyyarə ilə Moskvaya gətirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü