Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4281
az

Bərzəx aləmindəki bədənimiz necə olacaq?

18:0105 Avqust, 2018
1296
CƏMİYYƏT
  • A
Hədislərimizin və Quran ayələrimizin nəzərinə görə, insan dünyasını dəyişən kimi qəbirdə başqa bir bədənə qovuşar. Bu bədən maddi bədən deyildir, misali adlanan bədəndir ki, insanın maddi bədəninə çox bənzəyir.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "O zaman ki, Allah möminin ruhunu qəbz etmək istəyir, ruhunu dünyada olan kimi bir qəlibə qoyar. O, onunla yeyər, içər. Əgər tanış birini görsə, onu dünyada olan kimi tanıyar".

Bəli, bu hədisdən də göründüyü kimi, insan bədəni bərzəx aləmində maddi bədənə bənzəsə də, ancaq maddi deyildir.

İnsan bu bədənlə bərzəxdə yaşayır və Qiyamət gününə qədər həmin misali bədəndə qalır. Onunla mükafatlanıb, onunla cəzalanır. Bu iddianın dəlili kimi bu ayəni göstərirlər: "(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: "Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır". ("Muminun" 99-100).

Qurani-Kərimin başqa bir ayələrində oxuyuruq: "Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız. Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa, əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!

Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır". ("Vaqiə" 83-89).

İmam Sadiqin (ə) nəzərinə görə, bu ayələr məhz bərzəx aləminə işarə edir.

Beləliklə, deyə bilərik ki, insan dünyadan bərzəx aləminə köçən zaman ruhu maddi bədənə bənzər bir bədənə daxil olar. Dünyada olduğu kimi yeyər, içər, istirahət edər. Yəni, həmin bədənlə birləşər və maddi bədənin istedadlarını özündə saxlayar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO
Təyyarənin vurulduğu təsdiqləndi -Rusiyanın “qaçış yeri” qalmayıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü