Bu gün axşam saatlarında Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində ər avtomaşınla ehtiyatsızlıqdan həyat yoldaşını vuraraq, öldürüb.
Oxu24.com-un Şirvan bürosunun məlumatına görə, kənd sakini, 69 yaşlı Hakim Novruz oğlu Məmmədov evlərinin həyətində özünə məxsus “VAZ-2107” markalı avtomaşını yuyarkən həyat yoldaşı 61 yaşlı Fizzə Rüstəm qızı Məmmədovadan ona kömək üçün su gətirməsini xahiş edib.
Qadın suyu gətirib, geri qayıdarkən həyat yoldaşı arxaya baxmadan maşını geri sürdüyü üçün onu vurub.
Ağır xəsarətlər alan Fizzə Məmmədova Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR