Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4267
az

Paşinyanı cəzalandırmağın yolları çox olsa da Qarabağ istisnadır, çünki...

21:3804 Avqust, 2018
1791
SİYASƏT
  • A
 Qarabağ Rusiyanın bütün Cənubi Qafqaza təsir vasitəsidir.

“Jara” festivalında qonaq kimi iştirak edən RF XİN sözçüsü Mariya Zaxarova və Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Bakını “möcüzə şəhər” adlandırıb xüsusi məmnunluq  ifadə edəndə, bəziləri az qala tezliklə Ermənistanın cəzalanacağını, payızda beş rayonun qaytarılıb, Kəlbəcərlə Laçının da yaxın bir-iki ilə azad ediləcəyinə elə inanmışdılar ki, buna şübhə edənlərə tərs-tərs baxırdılar. Amma Ter-Petrosyana yaxın çevrədən olanlar Dağlıq Qarabağ ətrafı ərazilərin qaytarılmasını statusla əvəzlənməsini təklif edəndən sonra buna ən çox kim qəzəbləndi? Əlbəttə, Rusiya!

Rusiya Ermənistan münasibətlərində baş verən son iki günə diqqət edək.

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Ermənistana səfər edib və Rusiya mətbuatı general-polkovnikin səfərini uğurlu hesab etdiyini qeyd edir:

Rusiyalı politoloqlar dərindən nəfəs aldıqlarını və əzəli, əbədi dostları ermənilərin yanlışlıqları düzəltdiyini həvəslə yazırlar. Diqqət edək:

”İkitərəfli münasibətlər sehrli bir şəkildə dəyişdi və küskünlükdən əsər-əlamət qalmadı. Rəsmi ritorikaya inansaq bu belədir. Beynəlxalq ordu oyunları çərçivəsində “Döyüşçü birliyi” yarışlarının İrəvanda bağlanışı mərasimində çıxış edən Fomin: “bu ərəfədə yayılmış məlumatlar həqiqəti əks etdirmir” bəyanatını səsləndirib. Ermənistanın yeni müdafiə naziri David Tonoyan isə bildirib ki, Fominlə görüş “super uğurlu” keçib və İrəvan ola bilsin ki, Moskvadan silah almaq üçün daha bir yeni kredit xahiş etsin.Tonoyanın özü isə gələn həftə Moskvaya, Sergey Şoyquya qonaq gedəcək”.

Rusiya mətbuatında dərc olunan yazıdakı istiliyi və sevinc ruhunu hiss edirsinizmi? Fomin bu ərəfədə“yayılmış məlumatların həqiqəti əks etdirmədiyini” söyləyəndə Lavrovun Koçaryan və Xaçaturovun həbsi ilə əlaqədar dediklərini də nəzrdə tutub? Davamı var:

“Bununla belə, rəsmi məlumatlara görə Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Fominlə görüşündə KTMT-nin möhkəmlənməsini vacib məsələ olduğunu bildirib və söz verib ki, Ermənistan təşkilatda aktiv fəaliyyətini davam etdirəcək”.

İki-üç gün əvvəl Tonoyan da, Mnatsakanyan da Rusiyanın Gümrüdəki bazasının statusuna yenidən baxılmağın zəruriliyindən danışırdılar. Rusiya generalının sərt üzünü görəndən sonra onların mövqeyi tamam dəyişib:
”Mnatsakanyan Gümrüdəki Rusiya hərbi bazası haqqında çox komplimentcəsinə rəy bildirib və onu iki dövlətin hərbi sahədə  müsbət və vacib əməkdaşlıq əlaməti adlandırıb. Cəmi iki həftə əvvəl isə David Tonoyan Gümrüdəki bazanın statusuna yenidən baxmağa çağırırdı”.

General Fominin gəldiyi gün  erməni xəfiyyələrinin KTMT başçısı Xaçaturovu geriyə - Moskvaya yola salmalarını rusiyalı politoloq qəribə təsadüf kimi qiymətləndirir. Xaçaturov bu yaxınlarda öz işinin başında, yəni Moskvada olacaq. Bununla yanaşı, "KTMT baş katibinin növbəti dindirilmə vaxtı hələ məlum deyil".

Rusiya müdafiə nazirinin müavinin səfəri həqiqətən ermənilər üçün uğurlu olub.

Ermənistanın müdafiə naziri David Tonoyan guya Rusiya tərəfinin təzyiqi barədə gəzən şayiələrə toxunub, xüsusən də 100 milyonluq silah alma kreditinin dayandırılmasına.  Tonoyan: "Mən əzilib keçilən adama oxşayıram? Belə bir şey yoxdur. On illərlə dəyişməyən tərəfdaşlıq və əməkdaşlıq  var".

Rusiyanın müdafiə nazirinin müavini də Tonoyanın fikrinə şərik çıxıb və silah verilməsinin dayandırılması xəbərini təkzib edib.

Ermənistanın Rusiyaya münasibətində dəyişikliklər var, Rusiyanın da. Amma, Rusiyanı dəyişdirən, yəni arxasınca aparan Ermənistanın üzdə görünən yeni siyasətidir. Ermənistan Rusiyanı məcbur edir ki, onunla bərabərhüquqlu dövlət kimi davransın, istədiyi zaman Ermənistanın daxili işinə qarışmasın. Bəs, nədən Qarabağ konfliktində Rusiyanın rolunu bilə-bilə rəsmi İrəvan bu risqli addımları atır? Ermənilər həm də bilir ki, Rusiya heç vaxt Qarabağla Ermənistanı cəzalandırmayacaq. Paşinyanı cəzalandırmağın yolları çox olsa da Qarabağ istisnadır, çünki Rusiyanın Cənubi Qafqazda ən böyük təsir rıçaqının əsasən Qarabağ olduğunu dəqiq bilirlər.  Rusiya Gürcüstanı itirib və Gürcüstan üzdə razılaşmadığını göstərsə də, reallıqda Abxaziya və Osetiya itkisi ilə barışıb və üzünü geri dönmədən Qərbə doğru tutub. Azərbaycan xalqının Qarabağ itkisi ilə heç vaxt barışmayacağını Rusiya yaxşı bilir və hər iki tərəfə təzyiq vasitəsi kimi Qarabağ kartından istifadə edir. Ermənistan həm Qarabağı işğal altında saxlamaq istəyir, həm də üzünü Qərbə doğru tutur. Rusiyadan isə maksimum istifadə edir və bu vəziyyətdən yararlanıb Qarabağda möhkəmlənir. Separatçılar İrəvandan Dağlıq Qarabağ ətrafı rayonlarının qaytarılmasını dilə gətirənləri, konkret olaraq Ter-Petrosyana yaxın olan Roza Tadevosyanı üzr istətmək dərəcəsinə çatdırdılar. İşğal altındakı Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda məskunlaşmış ermənilər ərazi qytarmağın əleyhinə etiraz mitinqləri təşkil etdilər. Bu mitinqlərin ideya müəllifi İrəvan yox, Rusiya və qanadı altında saxladığı separatçı Dağlıq Qarabağ rejimidir.
 
Azərbaycan faktiki olaraq baş verən yeni situasiyaya seyrçi mövqedədir. Hələlik...  Rusiya siyasətinə təsir gücü yetərli olmayan ikinci, üçüncü dərəcəli adamların turist səyahəti xarakterli Azərbaycan səfərləri və onların verdikləri alayarımçıq, ilk baxışdan “xoş görünən”, Bakının “möcüzə şəhər”olması bəyanatları ilə Qarabağ siyasətində Rusiyanın mövqeyini dəyişdirməyin mümkün olmadığı ortadadır. Və bu humanitar tədbirlər, səyahətlər Qarabağ siyasəti sayıla bilməz! Qarabağ cəbhəsində daha çevik, daha təsirli diplomatik və hərbi təzyiqlər yolunu seçmək lazımdır. Bu barədə növbəti analizlərimizdə danışacağıq.

Moderator.az-ın analitik qrupu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstan rəsmilərini sanksiyalarla VURDU
Ermənistan RAZILIQ VERDİ -Bu baş verərsə, Azərbaycanla sərhədə...
Zelenski NATO haqda görün nələr danışdı: Ukrayna heç kimdən...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı