Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4264
az

DİQQƏT! Addım başı qarşımıza çıxan “Fast food”lar TƏHLÜKƏLİDİR – FOTO

19:5604 Avqust, 2018
1415
CƏMİYYƏT
  • A
Mütəxəssislər xüsusən yay mövsümündə şaurma, dönər kimi qidaların hazırlanmasında istifadə olunan məhsulların düzgün saxlanılmalı olduğunu deyir.

 Oxu24.com ARB TV-yə istinadən xəbər verir ki, bu yeməklərin hazırlanmasına istifadə olunan məhsulların vaxtı keçərsə və ya düzgün saxlanılmazsa fəsadları ağır ola bilər.

Şəhər həyatının ayrılmaz hissəsi olan ayaqüstü yeməklər yay aylarında təhlükə mənbəyidir. Tərkibində mayonezin də istifadə olunduğu şaurma, dönər və bu kimi təamlar düzgün hazırlanmadıqda və uzun müddən saxlanıldıqda zəhərlənməyə səbəb ola bilər.

Mehman Məmmədov - Dönərçi: "Soyuducuda saxlamalıyıq, təmizliyinə fikir verməliyik. İstidə çox qalmalı deyil. İşlənəcək qədər soyuducudan götürülməlidir".

Həkimlər deyirlər ki, tərkibi sirkə, yumurta və bitki yağından olan mayonez tez xarab olur. İsti şəraitda isə təhlükə qaçılmazdır. Dönərxanalarda isə mayonez isti dönər qurğusunun yaxınında olur. Amma bu hal müştəriləri heç də narahat eləmir.

Dilarə Nəcəfova - Sakin: "Vallah, mən neçə dəfə yemişəm, məndə heç bir problem yaratmayıb. Ailəmizdə heç kim zəhərlənməyib".

Ərzaqların istifadə müddəti bəzi hallarda saxlanma şəraitindən asılı olaraq dəyişə bilir. Belə ki, 3 ay müddəti olan hər hansı məhsul temperatur uyğun olmadıqca 3 həftə müddətinə də xarab ola bilər. Bəs zəhərlənmə əlamətlərini necə müəyyən etmək olar?

Həbibə Mirzəyeva - Pediatr: "Ürək bulanır, göz qaralır, qarında kəskin sancı və tərləmələr. Bunlar hamısı zəhərlənmə əlamətləridir. Hazırki dövrdə qablaşdırılmış məhsullar düzgün, qaydasında saxlanılmadıqda zəhərlənmə verə bilər".

Həkimlər yay aylarında mümkün qədər tərkibi şübhəli olan yeməklərdən uzaq durmağı məsləhət görür. Bunun əvəzinə mövsümü meyvələr və tərəvəz yeməklərinə üstünlük vermək tövsiyyə olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO
Təyyarənin vurulduğu təsdiqləndi -Rusiyanın “qaçış yeri” qalmayıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü