Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42572
az

Erməni tələsi: Evlərində əsgərlərimiz üçün zəhər qoyub gedirlər

11:0425 Noyabr, 2020
2702
REDAKTORUN SEÇİMİ
  • A
Sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin yemək yeyərkən turşu və mürəbbədən istifadə etməsi və bunların "ermənilərdən qalması”nı bildirməsi videolarının yayılmasından sonra ermənilər tələ hazırlamağa qərar veriblər. Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, Azərbaycan Ordusunun nəzarətinə verilən və veriləcək rayonlardan çıxan ermənilər qəsdən bu cür "ərzaq”lar saxlayırlar. Ehtimal edirlər ki, Azərbaycan əsgərləri evlərə baxış keçirərkən bu ərzaqları tapacaq və istifadə edəcəklər. Ona görə də həmin turşu, mürəbbə və s. kimi qablaşdırılmış məhsulları zəhərləyib, evlərin görünən yerində qoyub gedirlər. Sosial şəbəkə istifadəçiləri bu tip ərzaqlara əl vurmaması üçün əsgərlərimizə çağırış ediblər. Qeyd edək ki, yaşayış məskənlərinin minalanması, qapılara, evlərin girişinə partlayıcı maddələrin qoyulması hallarının da müşahidə edildiyi haqda məlumatlar var. Xatırladaq ki, 9 noyabrda imzalanan üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam rayonu Ordumuzun nəzarətinə verilib. Bu gecə - 25 noyabrda Kəlbəcər, 1 dekabra qədər isə Laçın rayonu Azərbaycanın nəzarətinə veriləcək. Ordumuz son 20-25 ildə işğal edilən Azərbaycan kəndlərində məskunlaşan mülki ermənilərin getməsi üçün hər cür şərait yaradır, hətta onların əşyalarını yığmasına da yardım edir. Ordumuzun bu qədər humanistliyinə ermənilərin tələlərlə, zəhərlə cavab verməsinin isə adı var: bu, ermənilikdir! /Axar.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qar yağacaq - PROQNOZ
Bu günün valyuta məzənnələri
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO