Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42558
az

Günün qoroskopu: yarımçıq işi tamamlayın25 Noyabr 2020

01:4425 Noyabr, 2020
881
CƏMİYYƏT
  • A

Qoç -  problemlə qarşılaşacaqsınız. Mövqeyinizin sərt izharı dostlardan və ya yaxınlardan birinin xətrinə dəyə bilər. Fikir və istəklərin izharında ağır dövrdür. Naqolaylıqlar münasibətlərlə yanaşı, işdə də hiss olunacaq.

Buğa - maliyyə baxımından uğurlu gündür. Addım və qərarlarınızda qətiyyətli olun. İradəli olun, prioritetlərlə məqsədləri müəyyənləşdirin.

Əkizlər - gəlir şansları yaranır. Maliyyə vəsaitindən qənaətlə bəhrələnin, bədxərclik etməyin. Səhhətinizə fikir verin. Qəbul etməyə hazırlaşdığınız dərman preparatlarının istifadə müddətinə diqqət yetirin. Axşam saatları yağlı, "ağır" yemək yeməyin.

Xərçəng - yaxın ətrafınızda yeni simalar peyda olacaq. Baş verənləri anlamağa, dəyişikliklərə hazır olmağa çalışın. Yeniliklərin bəziləri əlverişli olmasa da, situasiyadan tam bəhrələnin.

Şir - məhsuldar dövrdür. İşlərdə və şəxsi həyatınızda keyfiyyətli dəyişikliklər başlaya bilər.

Qız - maliyyə itkiləri istisna deyil. Qüvvə və potensialınıza həddən ziyadə güvənərək düşünülməmiş addımlar atmayın. Eqoist və xudpəsənd açıqlamalar ümumi işin ziyanınadır.

Tərəzi - işgüzar aktivliyi artırın. Yaxşı tanımadığınız insanlarla əlaqələr qurun, onların imkanlarından bəhrələnməyə çalışın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Əqrəb - məhsuldar və perspektivli gündür. Düşünülməmiş addımlar atmayın. Tələsik qərar və ya hövsələsiz davranış fəsadlara səbəb ola bilər. Aldığınız məlumatları təhlil etmədən atılan addımların nəticələri sonradan sizi təəssüfləndirə bilər.

Oxatan - yarımçıq işi tamamlayın. Yetərincə uğurlu, düşərli, əlverişli gündür. Maraqlarınız şəxsi həyat müstəvisində cəmləşməsin.

Oğlaq - Peşəkar fəaliyyət sahəsindəki proseslərdə ciddi dəyişikliklər istisna deyil. situasiya dəyişə bilər. Ailədəki problemin həlli ilə məşğul olun. Axşam saatları şəxsi münasibətlərdə harmoniya vəd edir.

Dolça - çətin, qarışıq, qarğaşalı gündür. Vurnuxmalar sizi çaşdırmasın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə hazır olun. Yalnız bu minvalla mənfi təmayüllərin öhdəsindən gələ bilərsiniz.

Balıqlar - hadisələrin inkişaf məcrasına təsir etməyin. Situasiyanı sürətlə dəyişmək cəhdləriniz uğursuzluğa düçar olacaq. Problemlər isə tam əksinə, daha da ağırlaşaraq ciddiləşəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO