Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4251
az

Avtomobillə ölkədən çıxarılan əlavə yanacağa görə rüsum ödəniləcək

11:3104 Avqust, 2018
899
CƏMİYYƏT
  • A
 Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.

Oxu24.com  xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.

Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödəniləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakı Barroyanın anti-Azərbaycan iddialarını RƏDD ETDİ
Daşaltı əməliyyatından 33 il ötür
Salyan heyvasının sağlamlığa hansı faydaları var? -VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı