Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4250
az

Ustalar yaşlı qadını zorladı - Azərbaycanda dəhşətli olay

11:1504 Avqust, 2018
3530
KRİMİNAL
  • A
 Ali Məhkəmədə Bakı şəhər sakini Samir Məmmədovun CM-nin 149.2.1-ci (zorlama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmasına dair kassasiya şikayətinə baxılıb.

Oxu24.com -un  məlumatına görə, 2016-cı il sentyabrın 2-də, Samir Məmmədov tanışları Əşrəf və Eldarla birlikdə Nizami rayonunda yaşayan, rus əsilli yaşlı qadının evinə santexnika işləri görmək üçün yollanıblar.

Su kranını və qızdırıcısını təmir edəndən sonra qadının mənzilində spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətdə olan Samir qadının yataq otağına keçərək ona güc tətbiq edib, əvvəl Əşrəf, sonra isə özü onu zorlayıb.

Zərərçəkmiş DİN-n 102 Zəng Mərkəzi Xidmətinə zəng etmək istədikdə Məmmədov mobil telefonu əlindən alıb və batareyasını çıxarıb. Sonra qadını döyərək, təkrar onunla cinsi əlaqədə olublar.

Bir neçə gündən sonra daxil olan şikayət əsasında Samir Məmmədov Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, cinayətin digər iştirakçıları ölkədən qaçdığı üçün barələrində axtarış elan edilib.

Məhkəmə prosesində S.Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib, zərərçəkmiş isə ondan və digər cinayətkarlardan şikayətçi olduğunu qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onun şikayətini təmin etməyib. Bu qərardan da narazı qalan Samir Məmmədov kassasiya şikayəti verib.

Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəsimidə 1 nəfər intihara cəhd etdi
Bakıda mənzildən kişi meyiti aşkarlandı
Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Binəqədidə telefon oğurlayan şəxs saxlanıldı