Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

XƏBƏR LENTİ

27 Sentyabr 2024
Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşdü -FOTO
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq
26 Sentyabr 2024
“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu -FOTO
Qızıl yeni rekorda imza atdı, gümüş isə KƏSKİN BAHALAŞDI
Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ
Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİLƏR: Sülh Sazişi üçün... -FOTO/YENİLƏNDİ
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...
Prezident Anım Günü ilə bağlı paylaşım etdi -FOTO
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib
BÜTÜN XƏBƏRLƏR
42489
az

İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb

10:3124 Noyabr, 2020
414
CƏMİYYƏT
  • A

“Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil.

Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi.

Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Oxu24.com xəbər verir ki, bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.

“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam.

Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır.

Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq.

Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam”, - Prezident bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq