Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42460
az

SON DƏQİQƏ!  Azərbaycan Ohanyanı beynəlxalq  axtarışa verdi

21:4923 Noyabr, 2020
595
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.

Oxu24.com -un  məlumatına görə, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb.

Təqdimata Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb.

Təqdimat məhkəmə tərəfindən təmin edilib və S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Bakı Hərbi Məhkəməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb. O, azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.
 
S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Onun və oğlunun Qarabağdakı son döyüşlərdə yaralanması barədə məlumatlar yayılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oktay Əliyev vəfat edib
40 dərəcə isti olacaq - PROQNOZ
Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü