Iraqda hökumətə qarşı etiraz aksiyaları günü-gündən daha da intensivləşir.
Bəsrə, Kərbəla, Zikar, Divani Müsənna və Nəcəf şəhərində minlərlə insan küçələrə axışaraq, ölkənin prezidentlik sisteminə qayıtmasını, sosial vəziyyətin yaxşılaşdırılmasını, məşğulluq imkanlarının artırılmasını və korrupsiyaya qarşı mübarizə aparılmasını tələb edirlər.
Vətəndaşların nümayişinin daha da genişlənməməsi üçün təhlükəsizlik qüvvələri hökumət binalarına gedən yollarda, körpülərdə geniş təhlükəsizlik tədbirləri görüb. Oxu24.com
ŞƏRHLƏR