Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42413
az

Qanı təmizləyir və sağlam qalmağa kömək edir22 Noyabr 2020

08:3223 Noyabr, 2020
786
CƏMİYYƏT
  • A

Mütəxəssislər gündəlik rasiona bir ovuc qara kişmiş əlavə etməyi məsləhət görürlər. Bu sadə məhsul qanı zərərli qatışıqlardan təmizləyir və qışda sağlamlığı qorumağa kömək edir.

Oxu24.com  AZƏRTAC-a istinadən bildirir ki, təbii antioksidləşdiricilərlə, dəmirlə zəngin olan bu sadə məhsul sağlamlıq üçün çox faydalıdır. O saçların uzanmasını tənzimləməkdən tutmuş, qanın təmizlənməsinədək bir sıra üstünlüklərə malikdir.

Qara kişmiş qanı təmizləyir. Antioksidləşdiricilərlə zəngin olan qara kişmişin gündəlik qəbulu orqanizmi zəhərlənmədən, şlaklardan və qana düşən digər arzuolunmaz maddələrdən qoruyur.

Saçların uzanmasını sürətləndirir. S vitamini ilə zəngin olan bu məhsul saçların kökünü bərkidir (müntəzəm istifadə edildikdə), onların vaxtından əvvəl ağarmasının və tökülməsinin qarşısını alır.

Sümükləri bərkidir. Bu sadə məhsulun sümükləri bərkidən kalium və kalsiumla zəngin olması osteoporozun inkişafını dayandırmağa kömək edir.

Qara kişmiş xolesterini normallaşdırır, onun sağlam səviyyədə qalmasını təmin edir. Qara kişmişin tərkibində olan polifenolların orqanizmdəki "pis xolesterinin" dərəcəsini azalda bilməsi hipertoniya və ürək xəstəliklərinin qarşısını alır.

Qara kişmiş dişləri sağlam saxlayır. Bu bitki mənşəli məhsul mikroblarla mübarizə aparan və dişlərin çürüməsinin qarşısını alan fitokimyəvi maddələrlə doludur.

Qara kişmiş həmçinin anemiyanın qarşısını alır. Dəmirlə zəngin kişmiş qanda hemoqlobinin miqdarını artırır və anemiyanın qarşısını alır. Bu da qışda sağlamlığın qorunmasında mühüm rol oynayan immuniteti gücləndirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu universitetin kafedra müdiri vəfat etdi -FOTO
XİN çağırış etdi - Bu ölkəyə getməyin
Makron onlara möhtac qaldı: Bu tədbirləri həyata keçirmək üçün danışıqlar aparır

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü