Bakı Tikiş Evi" (BTE) ASC yeni dərs ili üçün məktəbli formalarının qiymətlərini açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Unikal.org-a BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, qiymətlər ölçülərə görə dəyişəcək. Əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərə jiletlər satılmayacaq:
"Elə valideynlər olurdu ki, övladına pencək, şalvar götürür, jilet almaq istəmirdi. Bu da müəyyən narazılıqlara səbəb olurdu. Bunun üçün yeni tədris ilində məktəblilərə jilet geyinmək məcburi olmayacaq. Daha bir dəyişiklik isə, əvvəllər məktəbli geyimlərini dəst satılırdısa, bu il üçün hər geyimin öz qiyməti əsasında tək-təkdə satılacaq.
Qiymətlər isə aşğıdakı kimidir:
Köynək - 8 manat,
Şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat,
Pencək – 25 manat,
Yubka – I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat,
Jilet – 8 manat (aşağı siniflər üçün sifariş verilməyib. Böyük siniflər üçün bazada qaldığından valideyinlər sifariş verə bilərlər”.
Etibar Əzimov geyimlərin əldə edilməsi ilə bağlı valideynlərə də müraciət edib:
"Dərzilər məktəblilər üçün kifayət qədər geyim tikiblər. Artıq valideynləri sentyabra qədər gözləməməyə və növbələrdə vaxt itirmək üçün indidən məktəbli paltarını almalıdırlar. Hazırda gündəlik hər mağazadan 4-5 dəst geyim satılır. Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinifə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır”.
Qeyd edək ki, Etibar Əzimovun çıxışına nəzər salsaq, belə çıxır ki, 1 şagirdə məktəbli forması almaq ayaqqabısız aşağı sinifə 48 manat, yuxarı sinifə 51 manata başa gələcək. Yuxarı sinif şagirdlərinə əgər jiletdə almaq istəsələr bunun da qiyməti 8 manat olacaq. Oxu24.com
ŞƏRHLƏR