"Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən üç rusiyalı jurnalistin meyiti ölkə paytaxtı Banqidən avqustun 3-də axşam saatlarında göndəriləcək, Rusiyaya isə avqustun 5-nə keçən gecə çatacaq".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın MAR-dakı müvəqqəti işlər vəkili Viktor Tokmakov bildirib.
Onun sözlərinə görə, meyitlər bu gün Banqi-Paris və sonra Paris-Moskva reysləri ilə Rusiyaya aparılacaq.
Qeyd edək ki, iyulun 31-də Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və
Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib. Oxu24.com
ŞƏRHLƏR