Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42299
az

Ermənistanın aldığı “dron”lar \"farşivıy” çıxdı - Polşa qarışdı

20:3521 Noyabr, 2020
510
  • A

Sən demə, Polşanın bəh-bəhlə Ermənistana satdığı PUA-lar ən yaxşı halda havadan nəzarət etmə imkanlarına malik imiş. Və müasir pilotsuz döyüş aparatları ilə müqayisədə ən azı 10 sinif geridə qalır. Bu biabırçılıq isə İkinci Qarabağ savaşında üzə çıxıb. Ermənstanın “aldadılması”nın bədəlini isə çox qəribədir ki, Polşanın keçmiş müdafiə naziri Antoni Matsereviç ödəyir. Çünki “Polşanın möcüzə silahı” adlandırılan PUA-lardan min ədədini də Polşa Müdafiə Nazirliyi sifariş edibmiş.

Oxu24.com xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, sabiq müdafiə naziri Antoni Matsereviç 3 il əvvəl böyük bir səs-küylə ordu üçün 1000 ədəd müasir “uçan sursat” aldığını elan edib. “Bu silah ordu üçün çox böyük əhəmiyyətə malikdir. Min belə raket üçün müqavilə imzalanıb. Bu il bu silahların hərbi hissələrə tədarükünə başlanılacaq”, – deyə Matsereviç bildirmişdi.

Ancaq bu günlərdə bəlli olub ki, Polşa Müdafiə Nazirliyi cəmi yüz ədəd uçuş aparatı tədarük edib. Bununla belə sabiq nazirin başı dərddədir.

Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak “bu çox ciddi bir məsələdir”, – deyib. Əlavə edib ki, “Bu, Matsereviçin yerinə yetirilməmiş bir müqaviləsidir. Amma onun bu cür axmaq müqavilələri çoxdur. Məsələn, Ukrayna ilə birlikdə inşa edilməsi nəzərdə tutulan virtual helikopterlərlə bağlı müqavilə harda qaldı? Yeni T-72 tanklarının alınması ilə bağlı müqavilə bağlandı. Sonra bəlli oldu ki, 70-ci illərdən qalma tanklar təmir edilərək Polşaya yeni adı ilə satılıb”.

Antoni Matsereviç ittihamlara münasibət bildirməkdən imtina edir. Jurnalistərin davamlı zənglərinə isə, ümumiyyətlə. cavab vermir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir dünyaya çağırış etdi
İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı