Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4226
az

GİZLİ ARXİV AÇILDI: Ordunun 45 illik “UÇAN BOŞQAB” sirri

15:1403 Avqust, 2018
1616
HƏRBİ
  • A
 Uçan naməlum obyektlər, başqa adı ilə “uçan boşqablar”. Onlar həmişə insanların maraq dairəsində olub, ancaq barəsində həm də az məlumatın olduğu mövzulardandır. Bu mövzuda nə qədər yazılsa da yenə də informasiyanın çox olduğunu söyləmək olmaz.

Bir çoxların “uçan boşqab”ların varlığını, başqa sivilizasiyalarda həyatın olduğunu, UNO-ların Yer insanından daha çox inkişaf etmiş texnologiyaya malik olduğunu bildirsə də, “uçan boşqab”ların sadəcə fantaziya məhsulu olduğuna inanlar da az deyil. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə UNO-larla bağlı araşdırma aparıldığı zaman-zaman müəyyən sənədlərlə də təsdiqənib. “Cümhuriyət” qəzeti bu dəfə sizə dünya mətbuatında geniş əks-səda doğuran UNO-larla bağlı maraqlı məlumatları təqdim edir.

Gizli arxiv açıldı…

Söhbət İspaniyanın hərbi dairələrinin gizli arxivindən gedir. Bu arxivdə UNO-larla bağlı da məxfi sənədlər saxlanılırdı. Nazirliyin virtula kitabxanasında () 1900 səhifəlik 84 hesabat yer alır. Bu sənədər 1962-1995-ci illər ərzində aparılan 122 müşahidəyə əsasən hazırlanıb. Bu hadisələrdən 20 -də UNO-lar radarlar vasitəsiə aşkarlanıb. 15 hadisədə isə təyyarələrin iştirakı görünür. 10 olayda isə söhbət “yaxın təmas”dan gedir, başqa sözlə desək, humanoidərə görüşdən.

Hərbi formadakı şahidlər

1 yanvar 1975-ci ildə səhər saat 6.25-də 4 əsgər maşında Burqosdakı Hərbi-Mühəndisik Akademiyasına qayıdırdılar. Yeni il tətilindən geri dönürdülər, əhval-ruhiyyələri yaxşı idi. Burqosun 14 kilometrliyində sürücü naməlum obyekt müşahidə etdi. Bu obyekt raket kimi yerə düşmədi, ancaq birdən-birə də sanki yerə keçdi. Sürücü maşını saxlamalı oldu. Hamı maşından düşdü. Şosedən 400 metr məsafədə konus formada naməlum obyekt dayanmışdı. Hündürlüyü azı 2 metr idi, diametrinin 3 metr olduğunu söyləmək olardı. Ondan sarımtıl işıq çıxırdı. Əsgərlər qorxu ilə bu obyektə baxırdılar. Bu zaman mülki vətəndaşların olduğu daha 2 maşın gəldi. Birdən-birə şahidlərin gözü qarşısında obyekt söndü. Hamı gördü ki, orda əslində 1 yox, 4 “boşqab” var. Əsgərlər getmək istədilər, baş verənlər barədə dərhal məlumat verməli idilər. Ancaq yolboyu qarşılarına daha 2 UNO çıxdı. Daha sonra yerdə aparılan araşdırmada ərazidə yüksək temperatur müəyyən olundu. Təbii ki, orda artıq UNO-lardan əsər-əlamət qalmamışdı. Səhəri gün, 2 yanvar 1975-ci ildə naməlum obyektlər Silahlı Qüvvələrin Bardenas Reales poliqonunu “ziyarət etdilər”.



Saat 22.55-də əsas qüllənin qarşısında növbədə dayanan əsgər yerdə qırmızı işıq gördü. Kapralı çağırdılar və o, 3 əsgərin müşayəti ilə gəldi. Bir neçə dəqiqə sonra qırmızı işıq yuxarı qalxmağa başadı. Qülləyə doğru istiqamət almışdı və bütün bunlar hərbçilərin gözü qarşısnda baş verirdi. Qülləyə çatan kimi istiqamətini dəyişdi, sürəti artırdı və bu zaman ondan yüksələn işıq da artdı və yox oldu. 23.10-da kapral baş verənlər barədə telefonla məlumat verdi. Serjant küçəyə çıxdı və binoklla obyekti görməyə çalışdı və hətta nəsə gördü. Ağ və sarı işığa bürünmüş obyek artıq uzaqlaşmışdı. Ancaq bu “boşqab”lardan birinin yuxarıda dayanıb müşahidə apardığını da gördü. İşıq bir neçə yüz metr radiusu əhatə etmişdi. 23.25-də obyekt uçub tamamilə uzaqlaşdı, ancaq buna qədər qülləyə doğru da yön aldı. Uzaqlaşmadan əvvəl manevr edən UNO-nu ən azı 5 əsgər müşahidə etdi və bütün baş verənləri gördülər.

Mətbuat bildi, ara qarışdı…

İkinci müşahidəni mətbuatdan gizlətmək mümkün omadı. 5 yanvar 1975-ci ildə Madriddə dərc olunan “ABC” qəzetində bu barədə material yer aldı. UNO-nun qüllənin üzərindəki manevrindən də yazmışdılar. O da qeyd olunmuşdu ki, bu məxfi obyekt UNO-ların ilk səfəri hesab oluna biməz. 1973-cü ildə göydə “uçan boşqab”ların görünməsindən sonra ərazidə hərbi təyyarə partladı. Xoşbəxtlikdən təyyarəçi və şturman paraşutlarla tullanmağı bacardılar. Müxbirlər poliqonda xidmət edən leytenant Kamposa da söhbət etdilər. O da UNO-nu gördüyünü dedi. Mətbuat yazırdı ki, leytenant təfərrüatları danışmaqdan imtina edib və bildirib ki, əlaqədar qurumlar araşdırma aparır. Daha sonra məlum odu ki, “uçan boşqab”ları həmin gün təkcə hərbçilər yox, həm də Tudela şəhərciyinin sakinləri görüb. İspaniya Siahlı Qüvvələri dərhal nəsə axtarıb tapmalı oldu və açıqlamasında narahatlıq üçün heç bir əsas olmadığını vurğuladı: “Bu, sadəcə olaraq optik effekt idi”.

Ordu xalqa müraciət etməli oldu

Ordu arxivinin sənədlərinə əsasən, 1960-cı illərdə hərbçilər UNO-lara ciddi maraq göstərməyib. Silahlı Qüvvələrə də məlumatlar təsadüfi hallarda daxil olub. Çünki heç kəs bu barədə hərbçilərə məlumat verməyin lazım olduğunu bilmirdi. 1968-ci ildə İspaniyada sanki bir UNO dalğası baş alıb getməyə başladı. Bu zamandan etibarən də hərbçilər üzərlərinə böyük məsuliyyət götürməli oldular- “uçan boşqab”ları müşahidə etmək. 5 dekabr 1968-ci ildə Silahlı Qüvvələrin mətbuat xidməti əhaliyə müraciət edərk şahidi olduqları hadisələr barədə onlarə məlumatlandırmağa çağırdı. Sakinlər naməlum obyükt gördükdə dərhal yaxınlıqdakı hərbi bazaya məlumat verə bilərdilər. Fransa və ya Amerikadan fərqli olaraq İspaniyada ayrıca UNO bölməsi yaratmaq nəzərdə tutulmurdu. Hadisələrin hesabatı UNO-lara qeyri-adi münasibət bəsləməyən şəxslər tərəfindən aparılırdı. Onlar şahidlərdən məlumatları toplayır, onları ümumiləşdirir, informasiyanı qiymətləndirir və yekun hesabat hazırlayırdılar.

“Optik illüziya” adı qoyuldu

2 aprel 1969-cu ildə UNO-lar Madrid-Ferrol şosesinin 476-cı km-də göründü. Səhər saat 8 radələri idi. Sürücü dəyirmi naməlum obyekti asanlıqla müşahidə etdi və daha sonra ifadəsində onun azı 2 metr olduğunu dedi. Obyektin 2 qanadı vardı. Sanki fantastik rənglərə bürünmüşdü. Bu görünüşünə görə onu mozaikə də bənzətdilər. UNO göydə tərpənməz və Yerə yaxın halda dayanmışdı.
Şahid bir anlığa daha yaxşı müşahidə yeri tapmaq üçün ətrafına göz gəzdirdi, çevrildi və həmin an UNO-ya gözdən itmək üçün yetərli oldu. Bu hadisə barədə məlumat verəndə mütəxəssislər ona gördüyünün optik illuziya ola biləcəyini söylədilər. Bununla belə UNO gördüyünü də istisna etmədilər. Çünki şahid kifayət qədər korrekt danışırdı.

Hərbi bazanın çağırılmamış qonaqları

13 may 1969-cu ildə Reusdakı hərbi bazada göyə qalxan şar müşahidə olundu. Kataloniyada yerləşən bu bazada həmin şarı görənlər dərhal məlumat verdilər. Dərhal da kiçik təyyarəyə həmin şara yaxınlaşmaq əmri verildi, bu, obyekti müəyyən etmək üçün lazım idi. Təyyarə göyə qalxdı və obyektə yaxınlaşanda yoxa çıxdı. 1970-ci ildə isə mülki vətəndaşlar UNO-lar barədə məlumatları həbçilərə verməyi yaddan çıxartdılar. Müraciət artıq unudulmuşdu. Ancaq buna baxmayaraq təyyarəçilər, dənizçilər və hərbçilərdən daxil olan çox sayda müraciət “uçan boşqab”ları” unudulmağa qoymurdu. 14 iyul 1978-ci ildə Mazaronnada hərbi təlimlər zamanı qəribə hadisə baş verdi. Birləşmələrdən birinin hərbçiləri düz 2 saat UNO-ları kənardan müşahidə etdilər.

Daha sonra onun yerində qirmızı alov göründü, sağa-sola yayılırdı. Bundan 15 dəqiqə sonra isə UNO yoxa çıxdı. Əsgərlər düşərgəyə qayıdanda gördülər ki, bu dəfə yoldan 10 mert məsafədə qırmızı işıq parıldayır. Daha sonra isə ona 2 ağ işıq qoşuldu. Obyektlər hərəkətə gəldi və ağacların üstündən onların qol-budağını doğrayaraq yoxa çıxdı. Birdən-birə 4 metr məsafəyə qədər enib, ardınca 30 metr məsafəyə qalxdı. Bu qəribə olaydan 1 həftə sonra onlar Aqinsilo aerodromunun üzərində göründülər. Onları ilk olaraq qapının yanında postda dayanan əsgər gördü…
(ardı var) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı