Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4223
az

Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

14:4403 Avqust, 2018
1037
SİYASƏT
  • A
 Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Anar Əliyev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib.

Qeyd edək ki, A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Sahibkarlıq sahəsində lisenziya və icazələrin verilməsi, habelə azad iqtisadi zonalarla bağlı həyata keçirilmiş islahatlarda, müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında yaxından iştirak edib.

Azərbaycan Respublikası pezidentinin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.

Hazırkı vəzifəsinə qədər isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri - nazirliyin Aparatının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Paşinyan Bakıya gələcək?
Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər -YENİLƏNDİ
İlham Əliyev Putini belə qarşıladı -VİDEO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Prokurorluq bəraət alan şəxslə bağlı protest verdi